10:19 11.06.2020 1095

"Neftçi"dən göndərilən məşqçi: "Bu, yerimə kimisə gətirmək üçün bəhanə idi"

Son günlər "Neftçi"nin akademiyasında baş verənlər gündəmi zəbt edib. Xüsusən də bir neçə uşaq məşqçisinin işindən azad edilməsi gözlənilən olmadı. Yəqin ki, klubun özünə görə hansısa səbəbləri var. Ancaq işi bəyənilməyib göndərilən məşqçilərin də fikirləri maraqlıdı. Hər halda "Neftçi"nin akademiyası karantinə qədər heç də pis çıxış etməyib. Əksər yaş qrupları turnir cədvəllərində yüksək yerlərdədi. Belədə 5 məşqçinin birdən-birə göndərilməsi hansı məntiqə sığır? Hansı ki, həmin məşqçilərdən bəziləri Azərbaycan futbolunda kifayət qədər tanınmış simalardı.

"Neftçi"dən göndərilən məşqçilərdən biri, Ramiz Əhmədovla danışdıq. Klubun akademiyasında qapıçı məşqçisi kimi fəaliyyət göstərən təcrübəli mütəxəssis açıqlamasında bu münasibəti gözləmədiyini bildirdi: 

"Zəng vurub bildirdilər ki, "müqaviləniz yenilənməyəcək". Mən də Ceyhun müəllimin (klubun idman direktoru Ceyhun Sultanovu nəzərdə tutur)  yanına gedib səbəb göstərmələrini xahiş etdim. 5 il "Neftçi"də, 15 il də yığmada çalışmışam. Hazırda yetişdirdiyim 4 qapıçı milli komandalardadı. Onlardan ikisi də "Neftçi"dədi. Ancaq mənə dedilər ki, "Siz A komandasına qapıçı vermirsiz". Mən klubda tək işləmirəm ki. Elxan, Cavid, Fuad müəllim var. Dedim ki, "15 ilə mən o qapıçıları milliyə vermişəmsə, bu böyük işdi". Açığı, sizə deyim ki, bu irad deyildi. Sadəcə, mənim yerimə kimisə gətirmək üçün bəhanə idi. Yəni, təxminən nə baş verdiyini anladım. Başa düşdüm ki, burada tanışlıq söhbəti var. Birdən-birə, koronavirusun yayıldığı vaxtda insanı çölə tullamaq düzgün deyil axı. 20 yaşım olsa idi başqa məsələ. Ancaq 53 yaşım var, bu gün mənə zəng edirsizsə, deməli, tanıyırsız. İllərlə millidə çalışmışam. Azərbaycanda demək olar bütün qapıçılar əlimin altından keçib. Nə bilim, bunlar nə hoqqa çıxarırsa... Bazada dedilər ki, "işinizin keyfiyyəti xoşumuza gəlmir". Güldüm, dedim ki, "Ceyhun müəllim məni 15 il komandada saxlayıblarsa, deməli işimə görə olub". Mən İslam Oyunlarının qalibiyəm. 15 il ardıcıl Avropa çempionatına getmişəm. 3 dəfə "Elit mərhələ"ni keçmişəm..."

Ramiz bəy keçmiş tələbələrinin ona dəstək vermədiyini və bundan məyus olduğunu söylədi: 

"Bilirsiz, futbolçu tayfası elədi ki, yaxşı gün görəndə keçmişi yada salmır. Digərlərini demirəm, Aqil Məmmədova ("Neftçi"nin qapıçısını nəzərdə tutur) zəng vurdum ki, "Heç olmasa siz gedib rəhbərliyə deyərdiz. Mənim başqa işim yoxdu. Bilmirəm ailəmi necə saxlayacağam". Cavab verdi ki, "Mən sizin rəhbərliyiniz altında cəmi 3 ay oynamışam". Dedim "Ay Aqil, utanmırsan heç? Vüsal Əliyev səni o vaxt voleyboldan gətirdi. 2 ilə yaxın mənim rəhbərliyim altında oynadın". Nə isə... Səlahət Ağayev uşaq vaxtından əlimin altında olub. Bunu bütün Azərbaycan bilir. Onu milli səviyyəsində yetişdirmişəmsə, bu böyük işdi. Yalnız Səlahət dedi ki, "Müəllim narahat olmayın, bir şey fikirləşərik". Bilirsiz, açığı heç kimə inanmıram indi. Tələbələrim də guya gediblər rəhbərliyin yanına, orada isə artıq qərar verildiyi bildirilib. Mən elə başa düşdüm ki, "Neftçi" rəhbərliyinin fikri başqadı". 


 
O, sözlərinə bunları da əlavə etdi:

"Ceyhun müəllim mənə dedi ki, 2-3 ildi A komandasına qapıçı vermirəm. İndi sizə bir söz deyim, 2006-cı il təvəllüdlü qapıçımız vardı - Osman Hüseynov. Hazırda ona fərdi məşq keçirəm. 1.80-1.85 metr boyu vardı. Atası Almaniyaya aparmışdı. Orada görən kimi bəyənmişdilər. İndi yenə Almaniyaya getmək istəyirlər. Təminat vermişdim ki, bu qapıçı 4-5 ilə Azərbaycanda ən güclü olacaq. Şəxsən özüm onunla işləyəcəyəm. Mənə inanmadılar, müqaviləsinə də xitam verdilər, getdi "Qarabağ"a. "Neftçi"də olanda 3-cü qapıçı idi. Ancaq hazırda "Qarabağ"ın U-14 komandasının əsas qapıçısıdı. Yəni, onu yetişdirmişdim. Onlara dedim ki, "Bu səbəb deyil, siz özünüz səbəbi çoxdan fikirləşmisiz". 

Mütəxəssis futbolçu kimi oynadığı dönəmlərdə uzun müddət "Neftçi"nin formasını geydiyini, bu klubun yetirməsi olduğunu da dedi və ona göstərilən münasibətdən narazılığını ifadə etdi: 

"Zarafatla dedim ki, "Ceyhun müəllim yaxşı qərar vermisiz, "Neftçi"də oynamayan bu klubda işləyə bilməz". Gətirdim öz avtobioqrafiyamı qoydum qarşısına. "Neftçi"nin uşaq futbol məktəbinin yetirməsiyəm. Müəllimim rəhmətlik Vyaçeslav Semiqlazov olub. 1977-1983-cü illərdə "Neftçi"də oynamışam. Hansı ki, həmin vaxt onlar uşaq idi. Sözüm ondadı ki, belə nəticə ilə özümü tərifləmirəm. Sadəcə, faktı deyirəm. Azərbaycanda hər bir qapıçı məşqçisinə hörmətlə yanaşıram. Ancaq bu gün ölkə futboluna mənim qədər heç kim qapıçı bəxş etməyib. Qısası başladı söhbəti "fırlatmağa". Mən də əl sıxdım, "çox sağ ol" deyib ayrıldım. Ən çox təsir edən o oldu ki, pandemiya dövründə işsiz qaldım. İndi iş tapmaq çətindi. Sağ olsunlar, həmkarlarım zəng elədi. Əlindən gələn köməkliyi göstərəcəklərini bildirdilər. Çətin vəziyyətdə nə edə bilərəm ki? Artıq hamı bilir ki, işsizəm. Karantin bitsin, baxım görüm nə edə biləcəyəm. Açığı, müəyyən təkliflər var".


 
Ramiz bəy belə münasibətə baxmayaraq, yenə də ürəyinin "Neftçi"də olduğunu da vurğuladı: 

"Özüm bu klubun yetirməsiyəm. Əlbəttə, "Neftçi" mənim üçün doğmadı, əzizdi. Sadəcə, əsas problemim bilirsiz nədi? Sonuncu dəfə Azərbaycanda 1988-ci ildə, rəhmətlik Rəşid Özbəyovun vaxtında "Göyəzən"də oynamışam. 1988-ci ildə getdim "Krılya Sovetov"a və 1994-cü ilə qədər orada oynadım. Sovet İttifaqı dağılandan sonra Azərbaycanda qapıçı kimi görünmədim. Biri var ki, göz qabağında olasan, millidə oynayasan, hamı görüb tanıya. Necə deyim, futbolçu imicimi Azərbaycanda göstərə bilmədim. Elxan Həsənov, Dmitri Kramarenko kimi burada oynasaydım, azdan-çoxdan adım da olardı. Başa düşürsüz də nə demək istəyirəm? İndi Ramiz Əhmədovla Dima Kramarenkonu eyni tərəziyə qoysaq əlbəttə, ona üstünlük verəcəklər. Çünki Azərbaycanda daha çox oynayıb. Mən isə yalnız sovetin dönəmində 14 yaşımdan 18 yaşıma qədər gənclərdən ibarət Azərbaycan millisində çıxş etmişəm. Sonradan elə oldu ki, zaman dəyişdi, SSRİ dağıldı. İndi nə edə bilərəm, dözməliyəm. Son 2-3 gün mənə çox pis təsir etdi. Məcbur dözməliyik".

Ramiz bəy başqa ölkəyə getmək istəmədiyini, elə Azərbaycanda qalıb, yerli qapıçıları yetişdirmək niyyətində olduğunu dilə gətirdi:

"İngilis dilini 40-45 faiz bilirəm. Xaricdə işləmək... Bilirsiz necədi, Azərbaycanlı məşqçilər xaricdə işləyə bilər. Ancaq sizə də aydındı ki, bu gün Azərbaycan futbolunun reytinqi elə də yüksək deyil. Elə bilirsiz Almaniyanın, Hollandiyanın məşqçiləri bizimkilərdən güclüdü? Vallah güclü deyil. Çox ölkələrdə olmuşam, məşqlərə baxmışam. Azərbaycanda keçirilən məşqlərlə eynidi. Sadəcə, ad, reytinq məsələsi var. Bu gün həmkarım Ramiz Kərimov Ərəbistandadı. İngilis dilini bilir. Məndən soruşursuzsa, istəyərdim ki, Azərbaycanda öz övladlarımızı yetişdirim. İndiyə qədər necə olubsa, elə də yoluma davam edim. Təqaüdə çıxmağıma hələ 12 il var. Yəqin ki, məni görmüsüz, tanıyırsız. Ömür boyu 1.80 metr boyu, 80 kiloqram çəkini keçməmişəm. Yəni fiziki formamı olduğu kimi saxlayıram. Sadəcə, bu vəziyyət adama təsir edir. Nə edək, səbrli olmaq lazımdı. Düşünürəm ki, futbolumuza lazımam. Lazım olmasaydım heç bir nəfər də mənə zəng vurub maraqlanmazdı. Ona görə də bütün maraqlanan insanlara minnətdaram, onlara təşəkkürümü bildirirəm".

Mənbə: Sport7.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X