"Bavariya"da icarə əsasında çıxış edən, "Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyu karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirmək istəyir.
Fanat.Az "France Football"a istinadən xəbər verir ki, "Tottenhem", "Nyukasl" və "Everton" Koutinyunun xidmətində maraqlıdılar.
Mənbəyə görə, braziliyalı futbolçunun ətrafı onun "sağsağanlar"a keçməsinin tərəfdarıdı. "Nyukasl"ın Səudiyyə Ərəbistanından olan investorlara satılacağı gözlənilir. Kounun "Tottenhem"ə transfer olmaq ehtimalı da yüksəkdi.
27 yaşlı oyunçu 2013-2018-ci illər aralığında "Liverpul"da çıxış edib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol