"Bayer"in hücumameyilli yarımmüdafiəçisi Kay Haverts transfer bazarının ən çox diqqətçəkən isimlərindəndi.
Fanat.Az "Bild"in jurnalisti Kristian Falka istinadən xəbər verir ki, "Real", "Barselona", "Bavariya", "Çelsi", "Mançester Yunayted" və "Nyukasl" Havertsi heyətlərinə qatmaq istəyirlər.
"Çelsi" artıq 21 yaşlı futbolçu ilə danışıqlara başlayıb. "Zadəganlar" Havertsə 8 milyon avro maaşla 5 illik müqavilə təklif edib. Mümkün transfer 75 milyon funt dəyərində qiymətləndirilir.
Falka görə, alman oyunçu London klubuna keçməyin əleyhinə deyil.
Cari mövsümdə Bundesliqada 26 matçda meydana çıxan Haverts 11 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol