"Milan"ın sol cinah müdafiəçisi Teo Ernandes karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.
Fanat.Az "Ondo Cero"ya istinadən xəbər verir ki, Ernandes PSJ-yə keçmək üzrədi. Paris klubu 22 yaşlı futbolçunu bu yay komandadan ayrılacaq Leven Kurzavanın əvəzedicisi kimi görür.
Cari mövsümdə İtaliya A Seriyasında 22 matçda meydana çıxan Ernandesin aktivində 5 qol, 3 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol