Əfsanəvi basketbolçu Kobi Brayant ölümündən sonra nüfuzlu "Emmy" mükafatına layiq görülüb.
Fanat.Az Amerika Televiziya Akademiyasının saytına istinadən xəbər verir ki, Kobi Los-Ancelesin inkişafındakı xidmətlərinə görə təltif olunub. Rəsmi mükafatlandırma mərasimi iyulun 18-də keçiriləcək.
Amerika Televiziya Akademiyasının "Twitter" hesabının paylaşımında qeyd olunub: "Basketbol əfsanəsi və xeyriyyəçi Kobi Brayantın "Emmy" mükafatına layiq görüldüyünü bəyan etməkdən məmnunluq duyuruq".
Qeyd edək ki, Kobi Brayant yanvarın 26-da qızı Cianna ilə birlikdə helikopter qəzasında dünyasını dəyişmişdi.
Fanat.Az