İtaliya millisinin sabiq üzvü Dieqo Fabbrini karyerasını Azərbaycanda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçinin agenti Florin Manea açıqlama verib.
Menecer hazırda Rumıniyanın "Dinamo" (Buxarest) klubunda çıxış edən futbolçunun 2019-cü ildə "Qarabağ" və "Neftçi"dən təklif aldığını təsdiqləyib.
Florin Manea Dieqo Fabbrininin "Dinamo"da aylıq maaşının 16,5 min avro olduğunu bildirib. Həmçinin qeyd edib ki, hazırda "Rapid" və Azərbaycan klublarından italiyalı futbolçuya təklif var. O, təkliflərin yetərində cəlbedici olduğunu qabardaraq müştərisinin rədd cavabı verməyini söyləyib.
Qeyd edək ki, Dieqo karyerası ərzində İtaliyanın "Empoli", "Udineze", "Palermo", "Speziya", "Siena", İngiltərənin "Uatford", "Millvall", "Birmingem Siti", "Midlesbro", İsaniyanın "Ovyedo", Bolqarıstanın ÇSKA, Rumıniyanın isə "Botoşani" və "Dinamo" klublarında top qovub. Orta xətt oyunçusu 2010-2011-ci illərdə U-21-in formasını geyinib (12 oyun, 1 qol). O, 2012-ci ildə İtaliyanın əsas yığmasına da düşüb və cəmi 1 oyun keçirib.
Fanat.Az