12:44 13.06.2013 835

“Xəzər Lənkəran”ın futbolçusu: "Düşmən deyilik ki, dalaşaq?"

“Xəzər Lənkəran”ın və Azərbaycan millisinin futbolçusu Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi

- Komanda istirahətə buraxılsa da, siz Lənkəranda fərdi şəkildə məşq edirsiniz... 

- Mən həmişə belə olmuşam. Daim məşq edib, formamı itirməməyə çalışmışam. İnsan yaşlaşdıqca çox məşq etməlidi. Elə buna görə də çalışıram. Nə qədər yaşlaşsam da, uzun müddət oynamaq istəyirəm. Bu, prinsipim olub. İnşallah, məqsədimə çatmaq istəyirəm. 

- Bu il 30 yaşınız olacaq. Neçə yaşa kimi oynamaq fikrindəsiniz? 

- Məqsədim 38 yaşa qədər oynamaqdı. Təki Allah mənə güc, qüvvət versin. Mən sözlə yox, əməlimlə məqsədimə çatmaq üçün əlimdən gələni edəcəyəm. 

- Necə məşq etməyi özünüz müəyyənləşdirmisiniz, yoxsa məşqçinin proqramı əsasında bunu edirsiniz? 

- Proqram deyəndə ki, neçə ildir futboldayam, nə qədər məşqçi ilə işləmişəm. İnanırsınız, beynimdə o qədər proqram var ki, heç əziyyət də çəkmirəm. Özüm özümə məşq keçməyi bacarıram. 

- Qarşıda uzun mövsüm var. Yaşı, yorğunluğu nəzərə alıb, yaxşı dincəlib sonra məşq etmək daha məqsədəuyğun olmazdı? 

- Bilirsiniz, mən məşqlə dincəlirəm. Səhər durub qaçmaqla, yarım saat məşq etməklə mənə nə olacaq ki? Heç kim belimə daş qoymur. Kökəlməmək üçün məşq edirəm. Boş vaxtım olan kimi hazırlıq keçməyə çalışmışam. Bu, işimdir və onunla məşğulam. Məşqin istirahətə heç bir dəxli yoxdur. Axşamlar dost-tanışlarla Lənkəranın, Lerikin görməli yerlərə, meşəyə, bulağa gedib istirahət edirəm. İnanırsınız ki, beynim dincəlir, başqa heç yerdə rahatlıq tapmıram. Azərbaycanda belə gözəl təbiət olduğu halda, dünyanın başqa bir yerinə istirahətə getməyə ehtiyac görmürəm. Fikrimcə, buranı hansısa ölkəyə dəyişmək düzgün olmaz. Onsuz da, xarici səfərlərdə çox oluruq. 

- Azərbaycan kubokunun finalında “Neftçi”nin futbolçusu, millidəki komanda yoldaşınız Mahir Şükürovla dalaşmışdınız. İndi münasibətləriniz tam yoluna qoyuldumu? Zəngləşirsiniz? 

- Bəli, arada zəngləşirik. Aramızda heç bir problem yoxdur. 

- Maraqlıdır, barışıq necə oldu, ilk addım kimdən gəldi? 

- Görüşüb, söhbətləşdik. Dedik ki, niyə belə oldu. Aydınlaşdırdıq, “lənət şeytana” dedik. Mehriban söhbət etdik, vəssalam. İdmanda belə şeylər olur, hirsləndik. Mən Mahiri kuboku qazanmağa, o isə məni yaxşı oyuna görə təbrik elədi. Biz düşmən deyilik ki, bir-birimizlə dalaşaq? Bizi kiminsə barışdırmağına heç ehtiyac yoxdur. 30 yaşımız var, dava idi, oldu, qurtardı. Mən səhv hərəkətə görə üzr istədim. İdman mübarizə olduğundan, belə şeyləri təbii qarşılamaq lazımdır. 

- Çox emosional olduğunuzdan, sarı, qırmızı vərəqələr çox alırsınız. Növbəti mövsümdə bunun qarşısını almaq yönündə özünüzlə mübarizə apara biləcəksiniz? 

- Ötən mövsüm məndə həqiqətən də alınmadı. Çox qırmızı vərəqə aldım, komandamı çətin vəziyyətdə qoydum. Ancaq özümə söz vermişəm, çalışacağam. Allah mənə kömək olsun. Növbəti mövsümdən daha yaxşı oynayıb, az vərəqə almağa səy göstərəcəyəm. Bu, futboldur, qırmızı ola bilər. Qapıya qol vuran futbolçunu saxlamamalıyam ki? Hirslənməyinə gəlincə, bunu çılğınlıqla əlaqəsi yoxdur. Mən haqsızlığı qəbul etməyən insanam. Hakimlər, başqa insanların haqsızlığını görəndə, özümü saxlaya bilmirəm. Bunu etməyəcəyimə söz verə bilmirəm, çünki haqsızlığa dözmürəm. 

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X