"Bavariya"nın sabiq vingeri Aryen Robben karyerasını bərpa edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verr ki, Robben "Goal"a açıqlamasında qeyd edib:
"Karyeramı bərpa edə bilərəmmi? Gələcəkdə nələrin baş verəcəyini bilmək olmur. İndi "hə" və ya "yox" demək istəmirəm. Təəssüf ki, sizi bu mənada məyus edəcəm. "Bavariya"ya qayıtmağım isə qeyri-mümkündü".
Qeyd edək ki, niderlandlı futbolçu ötən il karyerasını bitirdiyini açıqlamışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol