Ötən gün bərpa olunan Türkiyə Superliqasında bu gün XXVII turun oyunları davam etdiriləcək.
Fanat.Az xəbər verir ki, gün ərzində 3 qarşılaşma baş tutacaq.
Günün ilk oyununda "Başakşəhər" "Alanyaspor"u qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 19.30-da başlayacaq. "Başakşəhər" 26 oyundan sonra 53 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və 27 oyun keçirmiş "Trabzonspor"dan 3 xal geri qalır. "Alanyaspor" isə 43 xalla 6-cıdı.
Bakı vaxtı ilə saat 22.00-da "Beşiktaş" "Antalyaspor" qarşılaşması start götürəcək. "Beşiktaş" 26 turdan sonra 44 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb və liderdən 12 xal geri qalır. "Antalyaspor" isə 30 xalla 11-ci yeri tutur.
Günün digər matçı da eyni saatda başlayacaq və "Yeni Malatyaspor" "Kasımpaşa"nı qəbul edəcək. "Kasımpaşa" 26 xalla 13-cü, "Yeni Malatyaspor" 25 xalla 15-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, ötən gün XXVII turun iki matçı baş tutub. "Fənərbağça" doğma meydanda "Kayserispor"u 2:1, "Trabzonspor" səfərdə "Göztəpə"ni 3:1 hesabı ilə yenib.
Sabah turun daha 3 matçı baş tutacaq. "Qalatasaray" səfərdə "Rizəspor"la qarşılaşacaq. "Gənclərbirliyi" "Konyaspor"u, "Qaziantep" "Ankaragücü"nü qəbul edəcək. Tura bazar ertəsi keçiriləcək "Sivasspor" - "Dənizlispor" görüşü ilə yekun vurulacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol