PSJ-nin braziliyalı müdafiəçisi Tyaqo Silva karyerasını "Everton”da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, ingilis klubu 35 yaşlı braziliyalı ilə artıq danışıqlara başlayıb. Müqavilənin imzalanmasına təsir edə biləcək həlledici amil İngiltərə komandasının baş məşqçisi, 2011-2013-cü illərdə fransa klubuna başçılıq edən italiyalı Karlo Ançelotti ola bilər.
Silva 2012-ci ildə PSJ-yə "Milan”dan keçib, debüt mövsümündə komandanın kapitanı təyin edilib və Fransa çempionu olub.
Ümumilikdə "sambaçı" parislilərin heyətində meydana çıxdığı 310 matçda, 17 qola və 5 məhsuldar ötürməyə imza atıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol