"Arsenal"ın qabonlu hücumçusu Pyer-Emerik Obameyanq "topçular"dan yeni müqavilə təklifi almadığını deyib.
Fanat.Az "Telefoot"a istinadən xəbər verir ki, forvard belə danışıb:
"Açar onların əlindədi. Uzun müddət danışıq aparsaq da, hələ mənə yeni müqavilə təklif olunmayıb. Bu, mənim karyeramın dönüş nöqtəsi ola bilər. Hər şey hadisələrin sonrakı inkişafından asılıdı. Hələ heç nəyə qərar verməmişəm. Gözləmə mövqeyindəyəm".
Qeyd edək ki, 31 yaşlı Obameyanqın London klubu ilə olan müqaviləsinin müddəti 2021-ci ilin yayında bitəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol