"Qarabağ”ın transfer etmək istədiyi qapıçı Gentian Selmaniyə daha bir klub elçi düşüb.
Fanat.Az xəbər verir ki, Yunanıstanın "Olimpiakos” klubu alban qolkiperin xidmətində maraqlıdı.
Türkiyənin I liqa təmsilçisi "Menemenspor”da çıxış edən Selmani "Qarabağ" və "Olimpiakos”la yanaşı Rusiyanın "Spartak” (Moskva), İtanliyanın "Boloniya” və İspaniyanın "Saraqosa” klublarının da maraq dairəsindədi.
Qeyd edək ki, futbolçunun klubu ilə müqaviləsi 2021-ci ildə başa çatır. "Transfermarkt.com” saytında gənc qolkiperin dəyəri 500 min avro olaraq göstərilib.
Fanat.Az