"Napoli"nin prezidenti Aurelio De Laurentis komandanın sabiq çalışdırıcısı Mauritsio Sarrini tənqid edib.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, klub başqanı belə danışıb:
"Sarri pula görə getdi. O, məni satdı. "Napoli" ilə hələ iki illik müqaviləsi olduğu halda, məni fevral ayında evinin iki addımlığındakı lança dəvət etdi. Xanımı ilə birgə hər şeyi yüksək səviyyədə təşkil etmişdilər. Əla vaxt keçirdik. Çox şeydən danışdıq. Ancaq "Napoli"dən ayrılmaq planı haqda bircə kəlmə də demədi. Son oyuna qədər susdu və bu hərəkəti ilə ümumi ab-havanı korlamış sayıldı.Biz onun getməyə qərar verdiyini vaxtında bilsəydik, işimizi ehtiyatlı tutardıq".
Əlbəttə, Sarri ilə keçirdiyimiz üç gözəl mövsümü unutmamışıq. Ancaq futbolda da filmlərdəki ana qaydalar keçərlidi. Yaxşı ekran əsəri hazırlamaq üçün əla prodüser və yüksək səviyyəli rejissorun bir arada çalışması çox vacibdi. Demək istəyirəm ki, klub başqanı da az iş görmür. Kavanini, İquaini kim gətirmişdi? Sarriyə baş məşqçi postunu kim həvalə etmişdi? Ona komandanın "sükanı"nı tapşıranda şəhərin hər yerində bannerlər açan azarkeşlər bu seçimə görə məndən narazılıq edirdilər".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol