Berti Foqtsun milli komandada qalmasına qərar verən AFFA İcraiyyə Komitəsi yığma ilə bağlı başqa qərarlar da qəbul edib. Fanat.az xəbər verir ki, komitə üzvləri alman çalışdırıcının köməkçilərini də müəyyənləşdirib.
Belə ki, bir müddətdi yığmanın məşqçilər korpusunda yer alan U-16-nın baş məşqçisi Aslan Kərimovla "Kəpəz"in sabiq çalışdırıcısı Mahmud Qurbanov Foqtsun köməkçisi təyin edilib.
Fanat.az