"Qəbələ"nin 17 yaşadək futbolçularından ibarət komandası dekabrın 15-dən etibarən Braziliyada keçirilən "Laranya Mekanika Beynəlxalq Kuboku" turnirində iştirak edir. Fanat.az xəbər verir ki, təmsilçimiz artıq iki oyunda iştirak edib.
Turnirin açılış matçında “Qəbələ” meydan sahibi “Laranya Mekanika” ilə üz-üzə gəlib və 0:3 hesabıyla uduzub. Təmsilçimizin ikinci oyunu da uğursuz alınıb. “Palmeyras”la qarşılaşma "Qəbələ"nin minimal hesablı məğlubiyyəti ilə bitib - 0:1. "Qəbələ" növbəti oyununu sabah “Əl Əhli”yə qarşı keçirəcək.
Fanat.az