Lionel Messi, Neymar və Kilian Mbappe 70-ci illərdə yaşasaydılar, görəsən, necə görünərdilər?
Fanat.Az xəbər verir ki, FIFA bu suala cavab tapmağa çalışıb. Ali futbol qurumu Meksikada keçirilmiş 1970-ci il dünya çempionatının 50 illiyi münasibətilə Messi, Neymar və Mbappenin retro-fotolarını hazırlayıb.
Qeyd edək ki, DÇ-1970-in qalibi finalda İtaliyanı 4:1 hesabı ilə məğlub edən Braziliya millisi olmuşdu.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol