ABŞ Futbol Federasiyası matçlar zamanı himn səslənərkən oyunçuların diz çökməsinə icazə vermişdi. Daha sonra ölkə prezidenti Donald Tramp qərara etiraz əlaməti olaraq bundan sonra millinin oyunlarını izləməyəcəyini bəyan etmişdi.
Fanat.Az xəbər verir ki, son olaraq, FIFA Trampın reaksiyasına münasibət bildirib:
"FIFA belə vacib məsələlərin müzakirəsi zamanı dözümlülüyü, qarşılıqlı hörməti və sağlam düşüncənin müdafiəsinin tərəfdarıdı. Biz futbolda ayrıseçkiliyin bütün formalarına qarşıyıq. Hamımız irqçiliyə və zorakılığa yox deməliyik".
Qeyd edək ki, afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da irqçilik və polis vəhşiliyi əleyhinə kütləvi etirazlar başlayıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol