"Layptsiq"in hücumçusu Timo Verner "Çelsi"yə keçməyə hazırlaşır.
Fanat.Az "Sky Deutschland"a istinadən xəbər verir ki, Verner iyulda "Çelsi"yə qoşulacaq. Alman futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində "Layptsiq"ə kömək edə bilməyəcək.
ÇL-in qalan oyunlarının avqust ayında keçiriləcəyi gözlənilir.
Cari mövsümdə 41 matçda meydana çıxan Vernerin aktivində 31 qol və 13 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol