"Berti Foqtsla iki illik müqavilənin imzalanmasına qərar verildi. İcraiyyə Komitəsinin bütün üzvləri yekdilliklə almaniyalı mütəxəssisin qalmasına səs verdi". Fanat.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov deyib.
Komitə üzvü alman çalışdırıcının qarşısına qoyulan şərtlərdən danışıb: "Onun qarşısına müəyyən şərtlər qoyulub. Belə ki, o, bundan sonra ay ərzində 2 yox, 3 həftə öncə Azərbaycanda olacaq. Üstəlik, Foqts Premyer Liqamızın oyunlarını daha çox izləyəcək. Foqts yığmamızın səviyyəsini daha da qaldırmalıdı. AVRO-2016-nın seçmə mərhələsində yığmamız daha çox xal toplamalı, turnir cədvəlində daha yüksək yerlərdə qərarlaşmalıyıq".
Fanat.az