"Bayer"in hücumameyilli yarımmüdafiəçisi Kay Haverts Avropa nəhənglərinin maraq dairəsindədi.
Fanat.Az "Sportbuzzer"ə istinadən xəbər verir ki, Haverts "Real"ı seçib. Onun əsas hədəfi "kral klubu"nda oynamaqdı. Madrid təmsilçisi 21 yaşlı futbolçuya görə təklif göndərsə də, "yox" cavabı alıb.
"Real"la yanaşı, "Bavariya", "Mançester Yunayted", "Çelsi" və "Liverpul" Havertsin xidmətində maraqlıdılar. Daha öncə "münhenlilər"in mübarizədə favorit olduğuna dair xəbərlər yayılmışdı.
"Bayer" alman oyunçuya görə 100 milyon avro tələb edir.
Cari mövsümdə 39 matçda meydana çıxan Havertsin aktivində 15 qol, 8 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol