AFFA millinin baş məşqçi postunu müvəqqəti olaraq yerli mütəxəssislərdən birinə həvalə edə bilər.
Fanat.Az-ın məlumatına görə, bu, yığmamızın iştirakı ilə keçiriləcək turnirlər barədə çıxarılacaq qərardan asılı olacaq.
Belə ki, rəsmi matçlar ertələnəcəyi halda, assosiasiya əcnəbi təyinatını yubadacaq və seçmənin "sükanı"nı müəyyən müddətə yerli çalışdırıcıların birinə həvalə edəcək.
Artıq qurumda bu variant müzakirə olunub.
Fanat.Az