"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri Çempionlar Liqasının 1/8 finalındakı rəqibləri "Real" haqqında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, ispan futbolçu AS-a açıqlamasında qeyd edib:
"Mançester Siti" "Real"dan güclüdü. Birinci oyunda bunu göstərdik. Amma cütün taleyinin artıq həll olunduğunu deyə bilmərik. İrəliyə doğru daha bir addım atmaq lazımdı. "Real" kimi, ardıcıl üç dəfə Çempionlar Liqasının qalibi olan, son illərdə Avropada gücünü hamıya nümayiş etdirən komandanı mübarizədən kənarlaşdırmaqla əhvalımızı qaldıracaq və özümüzə olan inamımızı artıracağıq".
"Mançester Siti" səfərdə oynanılan ilk görüşdə "Real"ı 2:1 hesabı ilə məğlub etmişdi. Cavab matçının avqust ayında keçiriləcəyi gözlənilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol