"Red Bull" şirkətinin idman departamentinin rəhbəri Ralf Ranqnik "Milan"ın yeni baş məşqçisi olacaq. "Tuttosport" tərəflər arasında razılaşma əldə olunduğunu yazıb.
Fanat.Az "Sport Mediaset"ə istinadən xəbər verir ki, Ranqnikin müqaviləsi 3 illik olacaq. Gedişat uğurlu alınsa, sözləşmə daha bir il müddətinə uzadıla bilər. Alman mütəxəssis yeni iş yerində illik 5 milyon avro qazanacaq.
Ranqnikin baş məşqçiliklə yanaşı, "Milan"ın idman direktoru postunu da tutacağı bildirilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol