Timo Verner "Çelsi"yə transferinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, alman futbolçu "zadəganlar"ın saytına açıqlamasında qeyd edib:
"Çelsi"yə qoşulmaqdan məmnunam. Bu görkəmli kluba keçməkdən qürur duyuram.
Birlikdə keçirdiyimiz dörd ilə görə "Layptsiq"ə və azarkeşlərinə təşəkkür etmək istəyirəm. Qəlbimdə həmişə sizə yer olacaq.
Yeni komanda yoldaşları, baş məşqçi və azarkeşlər... Növbəti mövsümü səbirsizliklə gözləyirəm. Uğurlu gələcək bizi gözləyir".
Transfer "Çelsi"yə 47,5 milyon funta başa gəlib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol