"Yığmada məşqçi işləmək təklifini gözləmirdim". Fanat.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsi tərəfindən Berti Foqtsun köməkçisi təyin olunan Mahmud Qurbanov deyib.
Qurbanov alman məşqçidən çox şey öyrənəcəyini bildirib: "Yəqin AFFA mənim namizədliymlə bağlı Foqtsla məsləhətləşib. Hələ baş məşqçi ilə görüşməmişəm. Millidə işləməyə dəvət olunmaq qürurvericidi. Berti Foqtsdan öyrənəcəyim çox şey var".
Fanat.az