Roman Bürki "Borussiya" ilə olan müqaviləsini uzadıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, sözləşmə 2023-cü ilə kimi nəzərdə tutulub.
İsveçrəli qolkiper cari mövsümdə 36 matçda qapısında 45 qol görüb. Bürkinin aktivində 14 "quru oyun" var.
Dortmund klubu yanvar ayında 29 yaşlı qapıçı ilə müqavilə yeniləmək istəyirdi. "Çelsi"nin marağı, daha sonra isə koronavirus pandemiyası ilə əlaqədar fasilənin yaranması gecikməyə səbəb olmuşdu.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol