Son 8 turu oynanılmadan dayandırılan Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün qalibi elan edilən "Qarabağ" sabah mükafatlandırılacaq.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinə çempionluq kuboku və qızıl medallar "Azərsun Arena"da tədqim olunacaq. Mərasim azarkeşlərin iştirakı olmadan, koronavirusla bağlı karantin qaydalarına əməl edilməklə keçiriləcək. Mükafatı AFFA və PFL rəhbərliyi təqdim edəcək.
Saat 21:00-da başlayacaq mükafatlandırma mərasiminin "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacağı gözlənilir. Tədbir Peşəkar Futbol Liqasından akkreditasiyadan keçmiş bütün mətbuat nümayəndələri üçün açıq olacaq.
"Neftçi” və "Keşlə”yə mükafatlar isə bu tədbirdə verilməyəcək.
Mənbə: qol.az