"Tottenhem"in baş məşqçisi Joze Mourinyu "Mançester Yunayted"lə oyunun (1:1) yekunlarını dəyərləndirib.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, Mourinyu daha çox hakimlik və VAR-la bağlı məsələlərə diqqət çəkib:
"Bəzi şeylərdən razı qaldım, bəzilərindən isə yox. Komanda ruhu, oyuna nəzarət, strukturlu oynamağımız məni qane etdi. "Mançester Yunayted"in xoşlamadığı şeyləri etdik.
Oyunu "oxumuşdum", amma gedişata reaksiya vermək üçün ehtiyatda adamım yox idi. Rəqib dominantlıq etməyə başlayanda biz yorulmuşduq və təzyiq edə bilmirdik. Həmin anlarda komandanı idarə etmək çətin idi.
Birinci və ikinci penaltidən (VAR-a baxıldıqdan sonra ləğv edildi - Fanat.Az) narazıyam. VAR-dan narazıyam. Hakim insandı, səhv edə bilər, amma eynisini VAR sistemi haqda deyə bilmərəm.
İkinci penalti epizodunda hakim Conatan Mossdan narazı qaldım. Əvvəlcə cəriməni görmədi, sonra isə penaltini qaçırdı".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol