"Everton"un hücumçusu Rişarlison de Andrade "Liverpul"un müdafiəçisi Vircil van Deyk haqda fikirlərini bölüşüb.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Rişarlison van Deyki ən yaxşı müdafiəçilərdən biri hesab etmir:
"İnsanlar onun haqda çox danışırlar. Sözsüz ki, van Deyk əla müdafiəçidi. Amma mən onu driblinqlə keçmişəm. Son mövsümün nəticələrrinə görə, van Deyk dünyanın üç ən yaxşı futbolçusundan biri idi. Lakin mənim düşüncəmə görə, ondan daha yaxşı müdafiəçilər var. Kimlər? Tiaqu Silva, Serxio Ramos və Markinyosun adını çəkə bilərəm".
Cari mövsümdə 26 matçda meydana çıxan braziliyalı futbolçunun aktivində 10 qol, 5 məhsuldar ötürmə var.
Qeyd edək ki, sabah Premyer Liqanın 30-cu turu çərçivəsində "Everton" "Liverpul"la qarşılaşacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol