"Yuventus"un müdafiəçisi Aleks Sandru zədələnib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sandru dizindəki zədə səbəbindən üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
29 yaşlı futbolçu cari mövsümdə 33 matçda forma şansı əldə edib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, daha öncə "Yuventus"un yarımmüdafiəçisi Sami Xedira sıradan çıxmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol