"Bayer"in vingeri Leon Beyli karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "Çelsi", "Mançester Siti" və "Mançester Yunayted" Beylinin xidmətində maraqlıdılar. Tərəflər arasında hələlik rəsmi danışıqlar olmayıb.
Cari mövsümdə 28 matçda meydana çıxan 22 yaşlı futbolçunun aktivində 7 qol, 3 məhsuldar ötürmə var. "Transfermarkt" portalı Beylinin transferini 29,5 milyon avro dəyərində qiymətləndirir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol