Ukrayna Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Donetsk "Şaxtyor”u ilə üz-üzə gəlib və 2:3 hesabıyla yenilib.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 59-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
"Aleksandriya” 27 turdan sonra 43 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə qərarlaşıb.
Fanat.Az