Estoniya kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Narva Trans” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Tallina Kalev”lə qarşılaşıb. 4:1 hesabıyla qalib gələn "Narva Trans” finala yüksəlib.
Novruzov bu oyunun iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.
Digər yarımfinal matçında "Flora” səfərdə "Elva”nı 4:2 hesabıyla üstələyib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol