"Real"ın müdafiəçisi Serxio Ramos La Liqanın cari mövsümündə məhsuldarlığı ilə seçilir.
İspaniya çempionatının 30-cu turu çərçivəsində "Real Sosyedad"la oynanılan matçda (2:1) Ramos penaltini qola çevirib. 34 yaşlı futbolçu 2019-20 mövsümündə La Liqada 7-ci dəfə fərqlənib.
Fanat.Az "Cadena Cope"nin jurnalisti Pedro Martinin "Twitter" hesabına istinadən xəbər verir ki, Ramos şəxsi rekordunu təkrarlayıb. İspan oyunçu 2016-2017 mövsümündə də çempionatda 7 qol vurmuşdu.
Qeyd edək ki, Ramos cari mövsümdə 4 penalti qolunun müəllifi olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol