"Mançester Siti"nin vinqeri Leroy Sanenin "Bavariya"ya transferi ilə bağlı danışıqlar davam edir.
Fanat.Az "Sport Bild"in futbol bölməsinin rəhbəri Kristian Falkın "Twitter" hesabına istinadən xəbər verir ki, "Bavariya" "Mançester Siti"yə 40 milyon avro təklif edib. "Şəhərlilər" 24 yaşlı futbolçunun bu yay belə olmasa, növbəti il azad agent kimi Münhen klubuna keçəcəyindən əmindi.
Ötən yay Sane "Bavariya"ya transfer olmaq üzrə idi. Lakin son anda Almaniya millisinin üzvünün çarpaz bağlarından zədə alması keçidə mane olmuşdu. O zaman "Bavariya" 100 milyon avrodan artıq ödəniş etməyə hazır idi.
Sane 2016-cı ildə 52 milyon avro qarşılığında "Şalke"dən transfer edilib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol