Azərbaycan çempionu "Qarabağ”ı 3 futbolçusu ilə vidalaşdığını rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, bunlar qapıçı Vaqner da Silva və müdafiəçilər Aylton Silva və Faysal Rerrasdı.
Klubdan gedəcəyi gözlənilən legionerlərin "Qarabağ”dan ayrılması bu gün rəsmiləşib. Bunu klub "Facebook" səhifəsi vasitəsilə açıqlayıb. Bu üç futbolçudan ikisinin müqaviləsi başa çatıb, Faysal isə anlaşmasının bitməsinə bir il qalmış göndərilib.
Qeyd edək ki, bundan əvvəl Maqaye Qeye de Ağdam klubundan ayrılıb.
Fanat.Az