"Mançester Yunayted"in sabiq kapitanı Qari Nevill növbəti dəfə Pol Poqbadan danışıb.
Fanat.Az xəbər verir ki, bunu veteran futbolçu "Sky Sports"un efirində deyib:
"Ümid edirəm ki, Avropadakı iqtisadi problemlər klubların yeni transferlərə 80-100 milyon xərcləməsinə imkan verməyəcək və Pol MY-də qalacaq. Ondan yalnız sədaqətli olmasını xahiş edə bilərəm. Poqbanın "Mançester Yunayted"in heyətində dünya səviyyəli yeganə oyunçu olduğunu söyləməliyəm. Təəssüf ki, bu gün ikincisi yoxdu. İki il əvvəl olsaydı, David de Xeanın da adını çəkərdim".
Poqbanın "qırmızı şeytanlar"la olan müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdi. İngiltərə təmsilçisi sözləşməni daha 1 il uzatmaq hüququna malikdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol