İspaniya La Liqasının 30-cu turu çərçivəsində "Real Sosyedad"la oynanılan matçda (2:1) Serxio Ramos komandasının vurduğu qollardan birinin müəllifi olub.
Fanat.Az xəbər verir ki, bu, Ramosun çempionatdakı 68-ci qoludu. Beləliklə, ispan futbolçu Ronald Kumanı (67 qol) geridə qoyaraq La Liqa tarixinin ən məhsuldar müdafiəçisi olub.
Kuman qollarının 46-sını penaltidən vurub. Ramos isə 12 dəfə penaltidən fərqlənib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol