Müğənni Gülay Zeynallı "Söhbətsiz" proqramında qonaq olub.
Fanat.az xəbər verir ki, o, idmançı həyat yoldaşı Kamil Zeynallı ilə münasibətlərindən danışıb:
"Kamilə hər dəfə deyirəm ki, çalış, məndən danışma, sənə öz işindən sual versinlər. Adam gündəmdən düşmür. Kamilin də öz iş-gücü var. O qədər haqqında danışdız ki, idmanı da atdı".
O, Kamil ilə bağlı suallara əsəbiləşib. İfaçı ailə həyatından çox danışmağı sevmədiyini bildirib: "Adam gündəmdən düşmür. İndi insanlar şəxsi həyatları dinləməyi çox sevirlər.
Mən danışmaq istəmirəm, hörmət edin. Qoy, qızım atasıyla çox olsun. Uşağı dayəsinə atıb getmirəm. Qız uşağının üstündə ata vahiməsinin olması yaxşıdır.
Özünü fəda edən həyat yoldaşı, ana və övladam. Canımı, yuxumu fəda edirəm. Özümə qıyıram. Nəticə yaxşı, yoxsa pis olursa, deyə bilmirəm. Övladıma yaxşı ana olmağa çalışıram. Bəzi sənət adamları var ki, toy qurtaran kimi ora-bura gedirlər. Mən isə hara gedirəmsə, uşağım da yanımda olur".
Fanat.Az