"Arsenal"ın 19 yaşlı vinqeri Qabriel Martinelli sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, "topçular"ın baş məşqçisi Mikel Arteta bu barədə məlumatı təsdiqləyib:
"Dünənki məşqdən sonra yenidən pis xəbər aldıq. Məşqin sonlarında oyunçulardan biri Martinellinin ayağına zərbə endirdi və o, dizindən zədə aldı.
Həkimlər zədənin ciddi olub-olmadığını dəqiqləşdirməyə çalışırlar. Vəziyyət elə də yaxşı görünmür. Nə qədər oynamayacağını dəqiq deyə bilmərəm. Sadəcə, görünür, bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol