"Real"ın yarımmüdafiəçisi Hames Rodriqes "Real"dakı oyun praktikasının azlığından şikayətlənib.
Fanat.Az xəbər verir ki, kolumbiyalı futbolçu "Gol Caracol" proqramında, İtaliya və Çindən təkliflər aldığını, lakin onları qəbul etmədiyini bildirib:
"Gələcəkdə nələrin olacağını bilmirəm. Amma seçim imkanım olsa, bacarıqlarımı nümayiş etdirə biləcəyim kluba üstünlük verərdim. Niyə oynamıram? Yaxşı sualdı, mən də cavabını bilmək istəyərdim. Məşqçinin oynamaq imkanı verməməsi xoş deyil. Meydanda olduğum qısa müddət ərzində isə bacarıqlarımı göstərməyim mümkünsüzdü.
İtaliyadan təklif var idi, amma məni qane etmədi. Sonra menecerim Jorje Mendeş "Real"ın mənə görə Çindən təklif aldığını dedi. Şərtlərdən asılı olmayaraq, ora getməyəcəyimi bildirdim. Çində oynamağa hazır deyiləm, çünki hələ də Avropa futboluna töhfə verə biləcəyimi düşünürəm".
Hamesin "Real"la müqaviləsi 2021-ci ilin yayında başa çatır. 28 yaşlı oyunçunun transfer dəyəri 32 milyon avro təşkil edir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol