"Torino"nun hücumçusu Andrea Belotti karyerasını "İnter"də davam etdirə bilər.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, "İnter" Belottini, yayda "Barselona"ya keçəcəyi gözlənilən Lautaro Martinesin əvəzedicisi hesab edir. Transferin "neradzurri"yə 40 milyon avroya başa gələcəyi bildirilir.
Cari mövsümdə 33 matçda meydana çıxan 26 yaşlı futbolçu 16 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol