Qari Lineker Lionel Messini 33-cü doğum günü münasibətilə təbrik edib.
Fanat.Az xəbər verir ki, Lineker "Twitter" hesabında yazıb:
"Lionel Messinin 33-cü doğum gününü təbrik edirəm. O, heyranedici karyerasının son bölümünə qədəm qoyur. 722 oyun və 699 qol... Yaradıcı, başqalarına qarşı eqoist olmayan, məhsuldar və hücumları amansız şəkildə tamamlayan birindən bəhs edirik. Karyerasını bitirəndən sonra onun üçün darıxacağıq. Nə qədər ki mümkündü, Messinin oyunundan zövq almağa çalışın".
Cari mövsümdə La Liqada 26 matçda meydana çıxan Messinin aktivində 21 qol, 15 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol