"Amyen"in müdafiəçisi Feliks Nzuanqo Bikien karyerasını "Yuventus"da davam etdirə bilər.
Fanat.Az jurnalist Nikolo Skiranın "Twitter" hesabına istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədi. "Yuventus" Bikienə 3 illik müqavilə təklif etməyə hazırdı.
Fransa və Kamerun vətəndaşlığı olan futbolçu "Amyen"in əsas komandasında çıxış etməyib. Bikien U-19 komandasının üzvüdü.
17 yaşlı oyunçunun müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol