Avropa Liqasında oynayacaq "Keşlə" ikinci transferini həyata keçirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, paytaxt klubu 27 yaşlı Şəhriyar Əliyevlə anlaşıb. Onun yeni mövsümdən komandanın şərəfini qoruyacağı açıqlansa da, müqavilənin detalları haqda bilgi verilməyib.
"Bakı", "Qarabağ" və "Kəpəz"də oynamış Şəhriyarın son klubu "Sumqayıt" olub.
Qeyd edək ki, Tərlan Əhmədovun komandasına bundan öncə "Neftçi"dən ayrılan Tural Axundov cəlb olunub.
Fanat.Az