"Milan" Hakan Çalhanoğlu ilə müqavilə yeniləmək istəyir.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, İtaliya klubuna baş məşqçi təyin olunacağı gözlənilən Ralf Ranqnik də türk yarımmüdafiəçinin komandada qalmasında maraqlıdır.
Qeyd edək ki, Çalhanoğlunun "Milan"la olan hazırkı müqaviləsinin müddəti 2021-ci ilin iyununda bitəcək. Hakan bu mövsüm 27 matçda tər töküb və bu görüşlərdə 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol