"Napoli" mövsümün sonunda müdafiəçi Kalidu Kulibalini satmaq niyyətindədi.
Bu səbəbdən "Napoli" Kulibalinin transfer qiymətini 90 milyon funtdan (99 milyon avro) 70 milyon funta (77 milyon avro) kimi endirib. "Mançester Siti" və "Liverpul" 29 yaşlı futbolçunun xidmətində maraqlıdı.
Fanat.Az "Sunday Times"in jurnalisti Dankan Kaslın "Twitter" hesabına istinadən xəbər verir ki, Kulibali "Mançester Siti"yə keçməyi planlaşdırır. "Şəhərlilər"in yayda müdafiənin mərkəzini gücləndirmək istəməsi, "Liverpul"un isə diqqətini hücuma yönəltmək niyyətində olması seneqallı oyunçunun qərarına təsir edib.
Kulibali cari mövsümdə İtaliya A Seriyasında 16 matçda meydana çıxıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol