"Tottenhem"in yarımmüdafiəçisi Tanquy N'Dombele baş məşqçi Joze Mourinyu ilə münasibətlərinin qaydasında olmaması səbəbindən komandanı tərk edə bilər.
Fanat.Az "Get French Football News"-a istinadən xəbər verir ki, N'Dombele Mourinyuya onun rəhbərliyi altında oynamayacağını bildirib. Portuqaliyalı məşqçi 23 yaşlı futbolçunun öz üzərində işləmədiyini düşünür.
"Barselona" və PSJ N'Dombelenin xidmətində maraqlıdı. Fransız oyunçu Paris klubunda çıxış etməyə meyillidi. O, tez-tez PSJ-nin hücumçusu Kilian Mbappe ilə söhbətləşir.
N'Dombele ötən yay 60 milyon avro qarşılığında "Lion"dan transfer edilmişdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol