"Mançester Siti" Premyer Liqanın 31-ci turu çərçivəsində "Çelsi" ilə oynanılan matçdan 1:2 hesabı ilə məğlub ayrılıb.
Sona 7 tur qalmış lider "Liverpul" və ən yaxın izləyicisi "şəhərlilər" arasındakı xal fərqi 23-ə çatıb. Beləliklə, "mersisaydlılar" son 7 turun nəticəsindən asılı olmayaraq çempionluğu rəsmiləşdirib.
Bu, "Liverpul"un 1-ci Premyer Liqa, ümumilikdə isə 19-cu İngiltərə çempionluğudu.
Qeyd edək ki, "qırmızılar" sonuncu dəfə 1990-cı ildə İngiltərə çempionu olmuşdu.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol