"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az "Le10Sport"a istinadən xəbər verir ki, "Yuventus" Obameyanqın transferində maraqlıdı. Tərəflər arasında hələlik rəsmi danışıqlar baş tutmayıb.
30 yaşlı futbolçunun "Arsenal"la müqaviləsi 2021-ci ilin yayında başa çatır. "Yuve" ilə yanaşı, "Barselona", "Real", "İnter" və PSJ Obameyanq uğrunda mübarizə aparır.
Qabonlu oyunçu 2018-ci ilin qışında Dortmund "Borussiya"sını London klubuna dəyişmişdi. Cari mövsümdə 32 matçda meydana çıxan Obameyanq 20 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol